Friday, April 23, 2010

Addım atıram

Həyatıma bir az duz qatmağın daha bir yolunu tapmışam: piyada xətti ilə keçəndə sürücüləri qorxutmaq. Bir qayda olaraq, Bakıda sürücülər zebra belində olan piyadalara yol vermirlər. Amma o vaxta kimi ki, sən bir addım maşının qabağına çıxasan. Axı yol sənindir ;) Əslində, mənim üçün bunun duzdan da artıq dəyəri var. Beləcə mən cəmiyyətdə nəyisə dəyişməyə cəhd edirəm…

Bu gün də bu cür yol keçirdim. İki təsadüfi piyada yoldaşımla yolun bir zolağını keçdik. İkinci zolaq üzrə birisi şütüyərək gəlirdi. Yanımdakı iki nəfər əlbəttə atların gücünə yol verdilər. Amma mən yox, addım atdım. Elə onu gördüm ki, atlar sürəti azaltmaq əvəzinə istiqaməti dəyişdi, amma tezliklə sürəti də azaltdı, sağ-salamatçılıqla sərgüzəşt başa çatdı.

Sözün düzü, qorxdum.. Cəmiyyəti dəyişmək cəhdim o iki nəfər astagəlin canını riskə atdı.

4 comments:

  1. yaxşı ki, msn var orda da twitter, ardını da bilirsən )))

    ReplyDelete
  2. Bilirəm, özüm onu buna qoşdum. Balaca siqnal ; )

    ReplyDelete