Wednesday, February 12, 2014

Səfirlikdən zəng gəlir

— Salam, sizi Azərbaycan səfirliyindən narahat edirik.
— Salam.
— Necəsiniz? Hələ də Riodasınız?
— Çox sağ olun, yaxşıyam. Bəli, Riodayam.
— Təhsiliniz, işiniz necədir?
— Şükür, salamatçılıqdır.
— Siz hansı universitetdə idiniz?
— Infnet.
— Hə, lap yaxşı. Bilirsiz, qarşıdan Xocalı anımı gəlir. Özünüz də bilirsiniz, burda ermənilər çoxdur (???), Parana və başqa ştatlarda da tədbirlərimiz olacaq. Rioda isə sizin köməyinizə ehtiyacımız olacaq. Balaca - 5-6 nəfərlik də (???) olsa, tələbələrlə, fotoşəkilləraskjd nasjkdalskdj nalkjdn...
"Xocalıya ədalət" kampaniyası çərçivəsində Leyla Əliyevanın təşəbbaksdjnaskdjnaskdjansdasd...
Sizin də adınızı Prezident Administrasiyasına Braziliyanın Rio de Janeiro şəhərindəki koordinatorı kimi göndərdlkja nldkjanslkjdnaslkjda...
Nə fikirləşirsiniz?
— Bilirsiz, birincisi mən universitetdə vaxt keçirmirəm, daha çox işdə və iş yoldaşlarımla oluram. İkincisi isə Xocalı mənim üçün də ağır məqamdır, ancaq mən o hadisənin bu formada populist siyasi alət kimi işlənməsini dəstəkləmirəm. Hadisəni törədənlər Rusiyadadır. Yenə də, çox üzr istəyirəm, ancaq mən iştirak etməyəcəm.
— Başa düşürəm, çox sağ olun.
— Sağ olun.

11 fevral 2014, Rio de Janeiro