Monday, July 12, 2010

Eşitmirəm

Belə bir lətifə var:
"Pole çudes" oyunu, 3 azərbaycanlı siyasətçi və ya dövlət məmuru baraban arxasında. 5 hərfdən ibarət hind filminin adını tapmaq lazımdır. Birincisi barabanı fırladır:
- B,- deyir.
İkincisi barabanı fırladır, həvəslə:
- B!,- hərfini deyir.
Üçüncüsü barabanı fırladır:
- Cənab aparıcı, mən sözü demək istəyirəm. Bobbi!

Əlbəttə, kiməsə bu siyasətçilərin ağıl səviyyəsindən xəbər verir. Amma elə deyil. Onlar özlərindən əvvəl deyilən sözləri eşitmirlər, əvvəlkilərdən ibrət götürmürlər. Hegel demişkən, "Tarix insanlara heç nə öyrətmir".

Thursday, June 3, 2010

Avtobus şoferi

Seymur Baycanın "Körpüsalanlar" kitabını oxuyuram. Orda başqa monoloqlarla yanaşı Patrik Züskindin "Kontrabas"ının da tərcüməsi var. Dəhşət bir şey idi. Avtobusda oxuyurdum, bitirəndən sonra yeni bir tumurcuq əmələ gəldi: "Avtobus" monoloqunu yazmaq. Təsəvvür eləyin, avtobus şoferinin monoloqu.

*Əlavə* Elə indicə öyrəndim ki, kitabdakı monoloq tam deyil. Bütöv olaraq rusca burda oxumaq olar.

Tuesday, May 25, 2010

Analoqu yox idi

Biri var idi, biri yox idi. Bir tənha coystik var idi. Çünki onun analoqu yox idi.

Sunday, April 25, 2010

Söhbət edirəm

Ümid edirəm ki, bu cür üsuldan hansısa yazıçı nə vaxtsa daha məharətlə istifadə edəcək :)


Ali salam!
Salam )
necesen?
yaxşı, sən necə? )
sag ol, men də yaxshi ))
Eli senden bir shey sorushum
saam ))
Di gəlsin :)
salamlar )) necəsən?
Java yaxşıdır, yoxsa JavaScript?
yaxsi )) sen?
elə mən də sənin kimi ))
ayrı-ayrı şeylərdir.. sən böyüyəndə nə olmaq istəyirsən? :P
*nudge*
Təbriklər!! ))
qaldı biri ;)
:D
yox e, hansinnan bashlasam yaxshidir?
neynirsen? )
Heyee :))
Java-dan
menem de : )
niye?
o daha güclü işləyir
dordan?
həri ;)
sonra da javascripte kecherem he?
gametv-də yenə sualım düşüb e :))
aha, bundan o birisinə keçmək asan olacaq
aaa, ne yaxsiii )))
suali dede :)
deməli, o kimdir ki, ondan dünyada bir dənədir :P
:))))))))))))))))))))
senin imtahanlarin ne vaxtdi?
yenə konsert var ;))
deme ki yene tek gune dushur ))
yox, bu 6-cı gün ;)
əşşi nəbilim :D
men HE deyirem :)
привет )) как жизнь?
Bakida hava necedir?
Yazarkən heç kəsin nə müəllif haqlarını, nə də məxfilik prinsiplərini pozmamışam.

Friday, April 23, 2010

Yazılmamış statusumu yazıram

Bu günlərdə facebook-a belə bir status yazacaqdım: “I can differ Baroque period music from Romantic periods, I can differ right wing from left, but I don’t know difference between compiler and interpreter. That’s what I call education!”

Yaxın gələcəkdə özünü “Software engineer” görən birisi üçün bu dəhşətdir.. Amma bu statusu yazmamışdan əvvəl bir fikirləşdim, iki həmin zadları yenə oxudum. Artıq “interpreter” ilə “compiler”in fərqini bilirdim. Statusu yenə yazmaq qərarına gəldim. Bu dəfə “delegate”i bilməməyimi vurğulamalı idim. Yenə yazmazdan əvvəl bir fikirləşdim, iki oxudum..

Axı mən “reference type” ilə “value type” arasındakı fərqi bilmirəm! Statusu yazmamışdan əvvəl bir-iki elədim, bah: “That’s what I call education!” deyəcəkdim ki, gərək bu sözlərin fonundakı zurnanı da təsvir edəsən. Amma yaxşı oldu :)

Addım atıram

Həyatıma bir az duz qatmağın daha bir yolunu tapmışam: piyada xətti ilə keçəndə sürücüləri qorxutmaq. Bir qayda olaraq, Bakıda sürücülər zebra belində olan piyadalara yol vermirlər. Amma o vaxta kimi ki, sən bir addım maşının qabağına çıxasan. Axı yol sənindir ;) Əslində, mənim üçün bunun duzdan da artıq dəyəri var. Beləcə mən cəmiyyətdə nəyisə dəyişməyə cəhd edirəm…

Bu gün də bu cür yol keçirdim. İki təsadüfi piyada yoldaşımla yolun bir zolağını keçdik. İkinci zolaq üzrə birisi şütüyərək gəlirdi. Yanımdakı iki nəfər əlbəttə atların gücünə yol verdilər. Amma mən yox, addım atdım. Elə onu gördüm ki, atlar sürəti azaltmaq əvəzinə istiqaməti dəyişdi, amma tezliklə sürəti də azaltdı, sağ-salamatçılıqla sərgüzəşt başa çatdı.

Sözün düzü, qorxdum.. Cəmiyyəti dəyişmək cəhdim o iki nəfər astagəlin canını riskə atdı.

Tuesday, December 1, 2009

Qaralamadan bir parça gəlir

Fikirlərim bir qaralama kimi yığılır, çoxunu da unuduram. Bloq açmağımın da əsas səbəbi elə budur ki, onlar itməsin. Beləcə bu qaralamalardan biri bloq postu qədər yetişib.

İlk dəfə məktəbdə ikən müəllimdən “Lobaçevski həndəsə”si anlayışını eşitmişdim. “Paralel xətlər kəsişə bilər” kimi ağlasığmaz fikir isə bu anlayışın yadımda qalmasına səbəb oldu. Bundan sonra “Evklid həndəsəsi”ni eşitdim. Mənim üçün bu, Kopernikin Yer planetini kəşf etməsi kimi idi.

Sözümü mümkün qədər sadə saxlayaraq deyim ki, Evklid (və ya klassik) həndəsə 5 aksiom üzərində qurulub. Sən bunları qəbul edirsən və bütün teoremlərin isbatı sonda bu aksiomlarla təsdiqlənməlidir. Bu aksiomlardan birini dəyişin və yeni bir teoremlər, yeni qanunlar, yeni bir mühit əldə edəcəksiniz. Təsəvvür edin ki, uçbucağın bucaqları cəmi 180 dərəcə deyil. Yəni Riyaziyyat kimi dəqiq elm belə, qəbul edilmiş, ilk baxışdan aydın, ancaq şəkk gətirilə biləcək qanunlar toplusu üzərində qurulub.

Bu, məsələnin riyazi tərəfi idi. Belə deyək, həyati tərəfi isə ondan ibarətdir ki, insanların inandıqları (deyib, iman gətirdikləri nəzərdə tutub) eyni olmadıqda mübahisə, disput tam olaraq nəticəsiz olur.

Bir müddət əvvəl AFU-da Erkin müəllimin “Dekonstruksiya” haqda mühazirəsində idim. Tam olaraq eyni fikirləri də ondan eşitdim. İki fərqli nəsil, iki fərqli dünyagörüşü, amma eyni nəticə. Bu, bir daha mənə əsas verdi ki, mütləq həqiqəti düşüncə, təhlil yolu ilə tapmaq mümkündür(?). Əlbəttə, bir şeyin mümkünlüyünü iddia etmək üçün onu göstərmək lazımdır. Bu isə hələ ki(?), mümkün deyil. Bu günədək elmlər (eləcə də dinlər) kəşf edilmiş, qəbul edilmiş və ya oturuşmuş qanunlar üzərində qurulub, yəni əvvəlcədən qoyulmuş ideyadan qaynaqlanır, ən sonda ona söykənir.

Məsələn, İslam ətrafında mübahisələr tez-tez rastıma çıxır. Quranı qəbul etmiş kəslə, etməmiş kəs mübahisə edərkən, müəyyən hədislər toplusunu qəbul edən kəslə etməyənin mübahisəsi sonda heç bir (!) nəticə verməyib. Əlbəttə, məntiqlə bu mübahisələrdən çoxunu ələmək olar, amma yenə də fundamental məsələlər mübahisə obyekti olaraq qalacaq.

 

P.S. Postu bir daha oxuyandan sonra yenə də onu qaralamaya atacaqdım, amma bu dəfə yox : )